Yaralı Hacı Mazanın videosu yayıldı - VİDEO 

15:29 02.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunda baş verən qəzanın görüntüləri yayılıb. 

Hafta.az xəbər verir ki, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İş adamı çənə, bud nahiyyələrindən ciddi sınıq xəsarətləri alıb. Hacı Mazan bu dəqiqələrdə xüsusi təcili yardım maşını ilə Bakıya göndərilib.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Baku.ws-in yaydığı həmin görüntünü təqdim edirik: